Sabahdan daha 1940 dərman vasitəsi təsdiqlənmış qiymətlərlə satılacaq
- 24.02.2016, 20:03,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qiymətləri təsdiqlənmiş daha 1940 dərman vasitəsi fevralın 25-dən etibarən yeni qiymətlərlə satılacaq.
Tarif (qiymət) Şurasından Trend-ə verilən məlumata görə, bununla da Şura tərəfindən qiymətləri təsdiqlənmiş və yeni qiymətlərlə satışda olan dərman vasitələrinin sayı 5651 olacaq.
Qeyd edək ki, indiyədək qiyməti təsdiqlənmiş dərman vasitələrinin həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində (www.tariff.gov.az) yerləşdirilib. Siyahı saytda “pdf” formatında yerləşdirilib ki, bu da həmin cədvəlin mobil telefonlara və planşetlərə yüklənməsinə və elektron kitabça kimi istifadə etməyə imkan yaradır.