Bərdədə ev sahibini döyərək xeyli miqdarda pul və qızıl aparan maskalı şəxslərdən biri tutulub

Bərdə rayonunda evə basqın edərək xeyli miqdarda pul və qızıl-zinət əşyaları aparan maskalı şəxslərdən biri saxlanılıb.

Bu barədə APA-ya Bərdə rayon Polis Şöbəsindən bildirilib.

Saxlanılan şəxs Bərdə rayonunun Soğanverdilər kənd sakinidir.

Qeyd edək ki, ötən gecə Soğanverdilər kənd sakini Bayramov Vəkil Əsgər oğlunun evində girən 3 nəfər maskalı şəxs ev sahibini döyüb əl-qolunu bağladıqdan sonra evdə olan pul, qızıl-zinət əşyalarını aparıblar. V. Bayramov xəsarətlə xəstəxanaya yerləşdirilib.

Evdən ümumilikdə 6 min manat və 10 min manat dəyərində qızıl-zinət əşyaları aparıldığı bildirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri