Mərkəzi Bank: Azərbaycanın bank sektorunun restrukturizasiyası prosesi başa çatıb
- 26.02.2016, 12:48,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın bank sektorunun restrukturizasiyası prosesi demək olar başa çatıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
O bildirib: "Zəif banklar getdilər və bunun hesabına bank sektorunun dayanıqlığı daha da yüksəldi. Yalnız kapitallaşma barədə qərar qəbul edən və yəqin yaxın vaxtlarda bankın yeni səhmdarlarının ümumi yığıncağının keçiriləcəyi AGBank-da bu məsələlərə baxılacaq. Güman edirəm ki, restrukturizasiya prosesini başa çatdıra biləcəyik".