Putin: "Payızda keçiriləcək parlament seçkilərinə xaricdən müdaxilə ola bilər"
- 26.02.2016, 19:11,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Qərbdə bizə dost olmayanlar Rusiyada payızda keçiriləcək seçkilərə hazırlaşır”.
APA-nın verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin kollegiya iclasında bildirib.
“Hər kəs bilməlidir ki, maraqlarımızın müdafiəsi uğrunda qanunlarımıza uyğun çalışacağıq”, - deyə o vurğulayıb.
V. Putin qeyd edib ki, payızda keçiriləcək seçkilərə xarici müdaxilə cəhdləri Rusiyanın suverenliyinə birbaşa təhdid nəzərdən keçiriləcək: “Belə cəhdlərə adekvat reaksiya veriləcək. Ksenofob və radikal şüarlardan istifadə edərək cəmiyyətimizin parçalanmasına yönəlmiş fəaliyyətlərin qarşısını almaq üçün lazımi tədbirlər görülməlidir. Belə texnologiyalar mövcuddur və artıq bir sıra ölkələrdə istifadə olunub. Bu, suverenliyimizə birbaşa təhdiddir. Biz bu təhdidə müvafiq şəkildə reaksiya verəcəyik”.
Rusiya prezidenti ölkə ərazisində xarici xüsusi xidmət orqanlarının fəaliyyətindən də danışıb: “Xarici xüsusi xidmət orqanları Rusiyada öz fəallıqlarını möhkəmləndirir. Ötən il gəldiyimiz nəticə bunu təsdiq edib. 2015-ci ildə xarici kəşfiyyat orqanlarının 400-ə yaxın rütbəli əməkdaşının fəaliyyətinin qarşısı alınıb. Onlardan 23 nəfər cinayət məsuliyyətinə cəlb olunub”.