“Azərişıq” ASC-nin nizamnamə kapitalı 885,6 mln. manata çatdırılıb
- 26.02.2016, 19:12,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Nazirlər Kabineti “Azərişıq” ASC-nin nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” 2015-ci il 14 may tarixli qərarında dəyişiklik edilib.
APA-nın məlumatına görə, dəyişiklik “Azərişıq” ASC-nin nizamnamə kapitalı ilə bağlıdır.
İndiyə qədər qüvvədə olan qərara əsasən ASC-nin nizamnamə kapitalı 623 mln. 533 min 532 manatdır. Onun səhmlərinin nominal dəyərindən təşkil olunub və nominal dəyəri 2 manat olan 311 mln. 766 min 766 ədəd sənədsiz adi adlı səhmdən ibarətdir. Dəyişikliyə əsasən “Azərişıq” ASC-nin nizamnamə kapitalı 885 mln. 633 min 532 manat, nominal dəyəri 2 manat olan 442 mln. 816 min 766 ədəd sənədsiz adi adlı səhmdən ibarət olacaq.