İTV-nin itkin düşmüş əməkdaşının meyiti tapılıb
- 27.02.2016, 00:08,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Televiziyanın (İTV) itkin düşmüş əməkdaşı Rəşad Əliyevin meyiti tapılıb.
R.Əliyevin yaxınları Trend-ə deyiblər ki, onun cəsədi Bakı Kristal Zalının yaxınlığında, dənizdə aşkar edilib.
Suraxanı rayon Polis İdarəsindən Trend-ə bildiriblər ki, hazırda faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, İTV-də quruluşçu rejissor işləmiş 1973-cü il təvəllüdlü R.Əliyev bu il yanvarın 23-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O, əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.