"Fitch" Azərbaycanın reytinqini dəyişib
- 27.02.2016, 09:56,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini "BBB-" səviyyəsindən "BB+" səviyyəsinə endirib.
APA xəbər verir ki, bu barədə agentliyin açıqladığı hesabatda bildirilir.
Reytinqin dəyişilməsi ilə bağlı proqnoz "mənfi"dir. Hesabatda bildirilir ki, buna səbəb neftin ucuzlaşmasıdır.
Xatırladaq ki, yanvarın sonunda "Standard & Poor`s" ("S&P") beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini "BBB-" səviyyəsindən "BB+" səviyyəsinə endirib.