Tbilisidə keçmiş nazirə sui-qəsd ediblər
- 27.02.2016, 10:34,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Tbilisidə Gürcüstanın keçmiş Avropa və avrointeqrasiya üzrə dövlət naziri Aleksi Petriaşvili naməlum şəxslər tərəfindən atəşə məruz qalıb.
Trend TASS-a istinadən xəbər verir ki, sui-qəsd A.Petriaşvili günorta saatlarında qəbiristanlıqda dostunun məzarını ziyarət edərkən olub.
Azad Demokratlar Partiyasının liderlərindən olan A.Petriaşvili hazırda xəstəxanadadır. Həkimlər bildirirlər ki, onun vəziyyəti stabildir, lakin ayaqlarından əməliyyat olunacaq.
Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili xüsusi bəyanatında ümid etdiyini bildirib ki, bu cinayətin üstü hüquq-mühafizə orqanları tərəfindən tez bir zamanda açılacaq.