Kürdəmir sakini qaynının evinə 26 dəfə atəş açıb
- 27.02.2016, 12:22,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Kürdəmirdə iki qardaşın güllələnməsi ilə nəticələnən insidentin səbəbi məlum olub.
APA-nin xəbərinə görə, rayonun Topalhəsənli kənd sakini Məhəmmədəli Abdullayev qaynı Natiq Dəmirovun ad günündə həddindən artıq içkili olmasına baxmayaraq yenə içki istəyib.
N. Dəmirov buna etiraz edəndə mübahisə yaranıb.
M. Abdullayev evinə gedərək ov tüfəngini götürüb və qaynının həyətinə girərək evin qapısına 26 dəfə atəş açıb.
Nəticədə, N. Dəmirov və qardaşı Raqif bədəninin müxtəlif nahiyələrindən güllə yaraları alıblar.
Yaralılar dərhal Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər. Hadisəni törədən M. Abdullayev tutularaq istintaqa təhvil verilib.
İlkin dindirmədə M. Abdullayev içkili olduğundan törətdiyi hadisəni xatırlamadığını deyib.
Hadisənin dəqiq başvermə səbəbi araşdırılır.