Azərbaycan neftinin qiyməti 37 dolları ötdü
- 27.02.2016, 13:23,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünya birjalarında neftin qiymətində bahalaşma başlayıb. ANS PRESS-in məlumatına görə, hazırda dünya bazarlarında “Brent” markalı neftin bir bareli 35.10 dollara qalxıb.
“WTI” markalı neftin qiymətində isə cüzi ucuzlaşma qeydə alınıb. Ötən səhər 33.17 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 32.78 dollar müəyyən olunub.
“AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 2,80 dollar bahalaşaraq 37,22 dollar təşkil edib.
Əlvan metalların qiymətində isə cüzi ucuzlaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər ucuzlaşaraq 39,24 dollar olub. Platinin 1 qramı 29.39 dollar, palladiumun 1 qramı isə 15.59 dollar olub. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.47 dollar müəyyənləşib.
AMB-dən verilən məlumata görə, 26.02.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5624 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində ucuzlaşma qeydə alınıb. Avro 1.7282 manat, Rusiya rublu isə ucuzlaşaraq 0.0207 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi ucuzlaşaraq 2.1881 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5339 AZN dəyərində müəyyənləşib.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 29.02.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5655 səviyyəsində müəyyən olunub.