Tovuzda yanğın zamanı ərlə arvadın ölümü ilə bağlı yeni faktlar
- 28.02.2016, 17:14,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Tovuzda tikilidə baş verən yanğın zamanı ər və arvadın ölümü ilə bağlı başqa məqamlar ortaya çıxıb.
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Tovuzda çörək bişirilən yardımçı tikilidə baş verən yanğın zamanı ər və arvadın ölümü ilə bağlı başqa mətləblər ortaya çıxıb. İlkin olaraq onlardan hər ikisinin yanaraq dünyasını dəyişdiyi ehtimal edilsə də, polisin sonrakı araşdırması ilə müəyyən faktlar aşkar edilib.
Hadisə dünən rayonun Qovlar qəsəbəsi İntizam Alıyev küçəsində qeydə alınıb. Yaşayış evinin yaxınlığındakı çörək bişirilən yardımçı tikilidə 54 yaşlı Novruz Hüseynov və onun həyat yoldaşı 47 yaşlı Sevda Hüseynovanın yanmış cəsədləri aşkarlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirərkən oradan qan izləri aşkarlayıblar. Meyitlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə göndərilib. Araşdırma göstərib ki, ruhi xəstə olan Novruz Hüseynov yanğında dünyasını dəyişib, onun həyat yoldaşı isə bu hadisədən öncə öldürülüb. Yanğın zamanı onların övladı Turanı atası iş dalınca göndərib, o, geri qayıdanda meyitləri yanmış halda aşkarlayıb.
Qeyd edək ki, dünyasını dəyişən Novruz və Sevda Hüseynovların 2 oğlu, bir qızı var. Faktla bağlı Tovuz Payon Prokuroluğunda cinayət işi açılıb, araşdırma aparılır.