Tovuzda naməlum avtomobillə vurulan qadın ölüb
- 29.02.2016, 09:51,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Tovuz çayı üzərində olan körpünün yaxınlığında qeydə alınıb. Naməlum avtomobil hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı qadını vurub və hadisə yerindən uzaqlaşıb. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb. Onun meyiti Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.