Bakıda sərnişin avtobusu iki məktəblini vurub, onlardan biri ölüb
- 29.02.2016, 09:53,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Bakıda məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Maştağa qəsəbəsində 172 saylı marşrut avtobusu idarəetmədən çıxaraq, yol kənarında dayanan iki məktəblini vurub.
Şahidlərin APA-ya verdiyi məlumata görə, nəticədə onlardan biri hadisə yerində ölüb, digəri isə yüngül xəsarət alıb. Ölən məktəblinin 14 yaşında oğlan olduğu bildirilir.
Sabunçu rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. İdarədən bildirilib ki, hazırda ölən şəxsin kimliyi müəyyənləşdirilir.