Gəncədə 29 yaşlı oğlan özünü ürəyindən güllələyib

Gəncə şəhərində intihar hadisəsi baş verib.



Gəncə şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, şəhər sakini, 1987-ci il təvəllüdlü Araz Həsənov yaşadığı evdə ov tüfəngindən ürəyinə atəş açaraq özünü öldürüb.



İntiharın səbəbləri hələlik məlum deyil.



Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri