Bakıda avtobus ana və qızını vurub, onlardan biri ölüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə fevralın 27-də Parlament prospektində, Milli Məclisin qarşısında qeydə alınıb. 63 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı avtobus yolu keçən 1980-ci il təvəllüdlü Səadət Hüseynova və onun qızı, 2000-ci il təvəllüdlü Nuranə Hüseynovanı vurub. Nəticədə ana aldığı xəsarətdən hadisə yerindəcə ölüb. N. Hüseynova isə xəstəxanaya yerləşdirilib.



Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri