AYİB Azərbaycana dollarla ayırdığı kreditləri manata konvertasiya edəcək

"Hazırda Azərbaycanda özəl sektor o qədər də asan olmayan dövrünü yaşayır. Biz öz yerli tərəfdaşlarımıza yardım etmək niyyətindəyik ki, onlar bu dövrdən daha az zərərlə çıxsınlar". APA xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Bakı ofisinin rəhbəri Nil Makkeyn deyib.



Onun sözlərinə görə, AYİB Azərbaycandakı tərəfdaşlarına dollarda ayırdığı kreditləri manata konvertasiya etməyi planlaşdırır: "Bu, bütün müştərilərimizə aid olmayacaq. Çünki ixracla məşğul olan bəzi müştərilərimizə dollar kütləsi daha çox lazımdır. Konvertasiya yalnız buna ehtiyacı olan müştərilərə aiddir".



N. Makkeyn deyib ki, martın 1-də AYİB-in nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək və səfər çərçivəsində manatla istiqrazların buraxılması müzakirə olunacaq. Bununla yanaşı, mövcud kreditlərin likvidlyi də müzakirə predmeti olacaq.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri