Bakıda ağır qəza: qadın sürücü maşının şüşəsindən çıxıb divara çırpıldı

Bakıda üç avtomobilin toqquşması nəticəsində zəncirvari yol qəzası baş verib. ANS-in musavat-a istinadən verdiyi məlumata görə, hadisə Səbail rayonu ərazisində, Teymur Elçin küçəsində qeydə alınıb.

İlkin ehtimala görə, qəzaya Əsgərova Ləman Mahmud qızının idarə etdiyi “Pejo” markalı avtomobili səbəb olub. Qadın sürücü “Azneft dairəsi” istiqamətində yüksək sürətlə hərəkət edərkən qarşıdan gələn “Kia” markalı avtomobilə, o isə “Toyota” markalı başqa maşına çırpılıb.

Zərbənin təsirindən Ləman Əsgərova avtomobilin alın şüşəsindən çıxaraq yol kənarındakı divara çırpılıb. Hadisə nəticəsində avtomobildəki sərnişin də xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Qadın sürücü və yaralı sərnişin 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri