Abşeronda “Shacman” minik avtomobilini əzib, sürücüsü ölüb
- 01.03.2016, 09:16,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunda “VAZ” markalı minik avtomobili ilə “Shacman” markalı yük avtomobili toqquşması barədə məlumat daxil olub. Nəticədə minik avtomobilinin sərnişini aldığı bədən xəsarətlərindən ölüb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 05:57-də başa çatıb.