DİN: Göygöldə 92 yaşlı kişi başı və boğazı kəsilərək öldürülüb

Daxili İşlər Nazirliyi (DİN) Göygöldə törədilən qətllə bağlı məlumat yayıb.



Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 29-da Göygöl rayonunun Çaykənd kəndində yaşayan 92 yaşlı Kamil Məmmədovun baş və boğaz nahiyələrində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti evində tapılıb.



Faktla bağlı Göygöl Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri