Donald Tramp 4 ştatda ilkin seçkilərin qalibi olub

Donald Tramp 4 ştatda ilkin seçkilərin qalibi olub ABŞ prezidentliyinə Respublikaçılar partiyasının namizədi, milyardçı Donald Tramp Massaçusets, Alabama və Tennesi ştatında keçirilən ilkin seçkilərdə qalib gəlib.



APA-nın məlumatına görə, bu barədə CNN telekanalı xəbər verib.



Bildirilir ki, D.Tramp həmçinin Corciya ştatında da partiyadaşlarını qabaqlayıb.



Beləliklə, D.Tramp 11 ştatdan 4-də qələbə qazanıb. Onun rəqibi Ted Kruz Oklahoma ştatında 5% çox səs toplaya bilib.



Qeyd edək ki, “Böyük çərşənbə axşamı” ABŞ-da seçkiqabağı kampaniyanın mühüm mərhələlərindən biri hesab edilir.
Şərhlər
Dünya bölməsinin xəbərləri