Azərbaycanda elektrik cərəyanı vurması nəticəsində iki nəfər ölüb

İyunun 11-də Azərbaycanda iki nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kürdəmir rayonunun Ərəbqulu kənd sakini Zahid Səmidov su nasosu vasitəsilə bağ sahəsini suvararkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Digər ölüm hadisəsi isə Mingəçevir şəhərində baş verib. Mingəçevir şəhər sakini Vədat Orucov Balıq Zavodu ərazisində təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri