Türkiyəli müğənni 8 Mart günündə Bakıda konsert verəcək
- 03.03.2016, 00:21,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyəli müğənni İrem Derici 8 Mart Beynəlxalq Qadınlar günündə Bakıda konsert verəcək.
8 mart " Dünya Qadınlar Günü " münasibəti ilə Türkiyənin məhşur pop ulduzu " İrem Derici " möhtəşəm canlı konsert proqramı ilə Bakıya gəlir. «Elektra events hall»da baş tutacaq tədbirə biletlərin qiyməti 30 manatdan 100 manata qədərdir.
İrem Derici gecədə sevilən mahnılarını səsləndirəcək.
Konsertin təşkilatçısı Tural Vəlizadə tamaşaçılara maraqlı gecə vəd edib:
“Axşam saat 8-də İrem Dericinin pərəstişkarlarını konsertdə gözləyirik. Əslində mən də müğənniyəm. Amma son günlər təşkilatçılıq işləriylə məşğul oluram. “Vəlizadə organization” böyük layihələr hazırlayır”.
Konsertin aparıcısı Lətafət Ələkbərovadır. Konsertdə ifaçı Rauf -40 dərəcə də iştirak edəcək. Konsertdə xanımlara xüsusi sürprizlər və hədiyyələr təqdim olunacaq!
Biletləri şəhərin bütün kassalarından , Asan Xidmət mərkəzlərində və Enerji Clubdan əldə edə bilərsiniz!
(adv)