Gəncə-Şəmkir avtomobil yolunda ağır yol qəzası baş verib, 3 nəfər ağır yaralanıb

Gəncə-Şəmkir avtomobil yolunda xəsarətlə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib.

APA-nın verdiyi məlumata görə, “Lada Priora” markalı avtomobil eyni istiqamətdə hərəkət edən “Kamaz” markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində ağır xəsarət alan 3 nəfər, 1 qadın və 2 kişi Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri