Ötən il manat kütləsinin azalmasının səbəbləri açıqlanıb

Ötən il manat kütləsinin azalmasının səbəbləri açıqlanıb Ötən il manatla geniş pul kütləsinin azalmasının səbəbləri açıqlanıb.

Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub ki, ötən il manatla geniş pul kütləsi (M2 pul aqreqatı) 50,6% azalıb.

Məlumata əsasən, pul kütləsinin dinamikası əsasən valyuta bazarında gedən proseslərin təsiri altında formalaşıb.

“Bu da əsasən iqtisadi subyektlərin öz nağd və qeyri-nağd yığımlarını xarici valyutaya konvertasiya etmələri ilə əlaqədardır”, - deyə hesabatda vurğulanıb.


APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri