Parisdə “Normand dördlüyü” çərçivəsində görüş keçirilib

Fransanın paytaxtında “Normand dördlüyü” çərçivəsində görüş keçirilib.



APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, xarici işlər nazirləri səviyyəsində keçirilən görüş birgə kommünikenin qəbul edilməsi ilə başa çatıb.



Danışıqların 4 saata yaxın davam etdiyi bildirilir. Nazirlər Ukraynada münaqişənin nizamlanma yollarını müzakirə ediblər. Ukraynanı görüşdə Pavel Klimkin, Rusiyanı Sergey Lavrov, Almaniyanı Frank-Valter Ştaynmayer, Fransanı isə Jan-Mark Eyro təmsil edib.
Şərhlər
Dünya bölməsinin xəbərləri