Məşhur serialdaki səhnə qalmaqala səbəb oldu

Məşhur serialdaki səhnə qalmaqala səbəb oldu Azərbaycanda da böyük maraqla izlənən “Kara Sevda” serialının ötən axşam yayımlanan seriyasında Neslihan Atagül və Burak Özçivitin öpüşmə səhnəsi olub. ANS-in məlumatına görə, baş qəhrəmanların bu səmimi səhnəsi Burakın sevgilisi Fahriye Evceni əsəbiləşdirib.

Əlavə edək ki, məşhur türk aktrisası Fahriye Evcenin sevgilisi Burak Özçiviti tərəf müqabili Neslihan Atagülə qısqanması xəbərləri bir müddət əvvəl də türk mətbuatını zəbt edən xəbərlərdən birinə çevrilib. Belə ki, Burak Özçivitin hazırda çəkildiyi serialda sevgilisi rolunu Neslihan Atagül ifa edir. Onların film boyu olduqca səmimi səhnələri belə şayiələrin yayılmasına əsas verib.

Fahriye Evcenin tez-tez çəkiliş məkanına getməsi bu səhnələri gördükdən sonra sevgilisini qısqanması ilə əlaqələndirirdilər. Ötən axşam yayımlanan seriyasında Neslihan Atagül və Burak Özçivitin öpüş səhnəsinə görə cütlüyün münasibətləri pozula biləcəkləri deyilir. Əlavə edək ki, Neslihan Atagül və "Kösəm Sultan"ın "Mehmet Giray Han"ını canlandıran Kadir Doğulu iyun ayında nikah masasına oturacaq.

Bir müddət əvvəl Burak Özçivit Bakıda olub. O, aktrisa Aslı Enverlə birlikdə "Kadeşim benim” filminin qala gecəsində iştirak edib. Burak Özçivit Bakıda böyük izdihamla qarşılanıb. Bu, B.Özçivitin Bakıya ilk səfəri deyil. O, ötən il də Bakıda olub. Yanvar ayında sevgilisi aktrisa Fahriye Evcenlə "Aşk sana benzer" ("Eşq sənə bənzər") filminin qala gecəsinə qatılıb. Cütlük Bakıda böyük maraqla qarşılanıb.


Məşhur serialdaki səhnə qalmaqala səbəb oldu
Məşhur serialdaki səhnə qalmaqala səbəb oldu
Məşhur serialdaki səhnə qalmaqala səbəb oldu
Məşhur serialdaki səhnə qalmaqala səbəb oldu
Məşhur serialdaki səhnə qalmaqala səbəb oldu
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri