Türkiyənin baş naziri İrana ikigünlük səfərə gəlib
- 05.03.2016, 09:57,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin baş naziri Əhməd Davudoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti İranın paytaxtı Tehrana ikigünlük səfərə gəlib.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, nümayəndə heyətinin tərkibində iqtisadiyyat naziri, gömrük və ticarət naziri, energetika və təbii ehtiyatlar, həmçinin nəqliyyat, dənizçilik və rabitə nazirləri təmsil olunublar.
Türkiyənin baş naziri İranın birinci vitse-prezidenti Eshaq Cahangiri, XİN rəhbəri Məhəmməd Cavad Zəriflə ilə danışıqlar aparacaq və sonda İran prezidenti Həsən Ruhani tərəfindən qəbul ediləcək.
Görüşdə ikitərəfli münasibətlər, regionun preoblemləri və Ankara-Tehran arasında ticari-iqtisadi əlaqələr müzakirə ediləcəyi gözlənilir.