BVF yuanı rəsmi olaraq beynəlxalq ehtiyat valyutası kimi tanıyıb

Beynəlxalq Valyuta Fondu (BFV) Çin yuanını rəsmi olaraq beynəlxalq ehtiyat valyutası kimi tanıyıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə BVF-in məlumatında bildirilir.

Məlumata görə, qərarla əlaqədar qurumun Direktorlar Şurası BVF-ə üzv ölkələrini valyuta ehtiyatlarının tərkibinə dair rüblük hesabatlara ABŞ dolları, avro, Yaponiya iyeni, Britaniya funt sterlinqi, İsveçrə frankı, Avstraliya dolları və Kanada dolları ilə birlikdə Çin yuanının ayrıca sətirlə əlavə edilməsini qərara alıb.

Qərar 2016-cı ilin oktyabrın 1-dən qüvvəyə minəcək. Eyni zamanda yuan ABŞ dolları, avro, iyen və funt sterlinqlə birgə BVF-in ehtiyat valyutaları səbətinə daxil edilir.
Şərhlər
Dünya bölməsinin xəbərləri