Türkiyədə bir neçə telekanal iğtişaşları yayımladığına görə cərimələnib
- 12.06.2013, 21:51,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Radio və Televiziya Ali Şurası İstanbulun Taksim meydanında baş verən iğtişaşları canlı yayımladığına görə bir neçə yerli telekanalı cərimələyib.
APA-nın “Hurriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, şura belə qənaətə gəlib ki, etiraz aksiyalarının dağıdılmasını əks etdirən kadrlar “uşaqların və yeniyetmələrin fiziki, mənəvi və əqli inkişafına zərər vurur”. Məlumata görə, cərimələnən televiziya kanalları siyahısında “Halk TV”, “Ulusal TV”, “Cem TV” və “EM TV” yer alıb.
Qəzetin məlumatına görə, Halk TV –nin İstanbuldan canlı bağlantıları kanala rekord sayda tamaşaçı cəlb etməyə kömək edib.
Son məlumatlara əsasən, Türkiyədə iğtişaşlar zamanı 4 nəfər həlak olub, 5 minədək insan isə xəsarət alıb.