İcra başçısının maşınındakı qızın hərəkəti ilə bağlı rəsmi açıqlama

Mingəçevir şəhər İcra Hakimiyyəti bir neçə gün əvvəl şəhər rəhbəri Niyazi Bayramovun xidməti avtomobili ilə bağlı yayılan şəkillərə aydınlıq gətirib.

Şəhər İcra Hakimiyyətinin ictimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sahib Əliyev ANS-ə açıqlamasında bildirdi ki, həmin şəkillər 6 ay əvvəl çəkilib. “Avtomobil həqiqətən də Mingəçevir şəhər İcra Hakimiyyətinə aiddir. Şəkillər Bakıda sürücü evinə gedərkən çəkilib. Amma qızın əlini çölə çıxardığı şəkil sonradan əlavə olunub", - deyə Sahib Əliyev bildirdi.

Sahib Əliyevin sözlərinə görə, həmin şəkilin İcra Hakimiyyətinə heç bir aidiyyəti yoxdur. “Biz sürücü ilə də danışmışıq. Qızın əlini çölə çıxardığı avtomobil İcra Hakimiyyətinin deyil. Sürücü dedi ki, xidməti avtomobilə heç ailəsini belə otuzdurmur. Belə söz – söhbətə görə, sürücünün də ailəsində problemlər yaranır”, - deyə İcra Hakimiyyətinin rəsmisi bildirdi.

İcra Hakimiyyəti başçısının avtomobilinə aid şəkillər mətbuatda bir neçə gün əvvəl yayılıb. Fotolarda avtomobilin həm arxa tərəfi, həm də yan tərəfi öz əksini tapır. Yandan çəkilən şəkildə qabaq oturacaqda oturan xanım açıq-saçıq hərəkətləri ilə ətrafdakıların diqqətini cəlb edib. Məlumata görə, şəkillər Bakıda – Tbilisi prospektindən Dərnəgül istiqamətinə gedən yolda çəkilib.
Şərhlər
Sosial bölməsinin xəbərləri