Bakıda ana və 3 yaşlı oğlu dəm qazından boğularaq ölüb
- 09.03.2016, 11:40,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda ailə faciəsi baş verib.
Nəsimi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə martın 8-də saat 21.00 radələrində qeydə alınıb. Rayon sakinləri, 1993-cü il təvəllüdlü Leyla Səlimova və onun 3 yaşlı oğlu Sirac Səlimovun yaşadıqları evin vanna otağında meyitləri aşkar edilib.
İlkin ehtimala görə, ana və oğlu dəm qazından boğularaq ölüblər.
Faktla bağlı araşdırma aparılır.