Canlı ünsiyyətin təşviqi üçün qeyri-adi stəkan

Canlı ünsiyyətin təşviqi üçün qeyri-adi stəkan Braziliyada masanın üzərində sərbəst dayana bilməyən stəkan hazırlanıb. Trend-in çərşənbə günü "The Daily Telegraph"a istinadən verdiyi məlumata görə, stəkanın stolun üzərində dayanması üçün onun alt hissəsinə mobil telefon qoymaq lazımdır.


Belə stəkanın hazırlanmasında məqsəd insanların bar və kafelərdə smartfonlar vasitəsilə dostları ilə əlaqə saxlamaq və ya mobil telefonlardakı məlumatları yoxlamaq əvəzinə, bir-biriləri ilə canlı ünsiyyətə üstünlük vermələrinə təşviq etməkdir.


Yerli reklam agentliklərindən biri tərəfindən hazırlanan stəkan bu yaxınlarda San-Pauludakı barlardan birində sınaqdan keçirilib. Stəkanın müəllifləri bildirirlər ki, insanlar bara gələrkən heç olmasa bir neçə saat mobil telefonlarını kənara qoyaraq dostları ilə canlı ünsiyyətə can atmalıdırlar.
Şərhlər
Maraqlı bölməsinin xəbərləri