“AccessBank"ın beynəlxalq reytinqi dəyişib
- 10.03.2016, 10:23,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Fitch” beynəlxalq reytinq agentliyi “Accessbank” QSC-nin uzunmüddətli defolt emitenti reytinqini “BBB-” səviyyəsindən “BB+” səviyyəsinədək endirib.
APA xəbər verir ki, bu barədə agentliyin yaydığı məlumatda deyilir.
Reytinq üzrə proqnoz neqativdir.
“Fitch” bildirir ki, bankın reytinqi ölkənin suveren reytinqi səviyyəsinə qədər endirilib.
Məlumatda vurğulanır ki, beynəlxalq maliyyə institutları banka dəstək verməyə davam edəcək.
Bankın ötən ilin sonuna qədər kredit portfelinin 28%-i restrukturizasiya edib.