Berti Foqts: “Hazırda futbolçulara daha böyük təzyiq göstərilir”
- 12.06.2013, 23:21,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Almaniyanın 21 yaşlılardan ibarət yığmasının Avropa çempionatının final mərhələsində çıxışına qiymət verib.
Live.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 67 yaşlı almaniyalı mütəxəssis vətənində verdiyi açıqlamada bu yaş qrupundan ibarət yığmasının qrupda 3-cü olaraq, yarımfinala çıxa bilməməyindən danışıb.
Foqts Almaniyada uğursuzluq sayılan bu nəticədən düzgün dərs götürməyi vacib sayır: “Hazırda futbolçulara daha böyük təzyiq göstərilir. Oyunçular gənc yaşlarında klublarında təcrübəli futbolçularla birgə məşq edirlər. Onların ağı yükləmələrdən sonra özlərinə gəlmələri üçün vaxtı gözləməliyik. Özü də onu nəzərə almalıyıq ki, belə turnirlərə hazır olmaq üçün gənclər komandasında formalaşmaq lazımdır. Klublar Futbol Akademiyalarında yaxşı işləyirlər. Bizim geniş miqyasda hələ də yaxşı imkanlarımız var. Almaniyanın gənclər yığmasına rəhbərlik edən Horst Hrubeşin təcrübəsinə heç bir şübhəmiz yoxdur”.