"PAŞA Bank": Konsolidasiya ilə bağlı təklif olarsa, nəzərdən keçirərik

"PAŞA Bank" ASC-nin gündəliyində konsolidasiya ilə bağlı heç bir məsələsi yoxdur.



Bu barədə bankın Baş icraçı direktoru, İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.



"Mətbuatda bir müddət öncə bununla bağlı xəbərlər yayılmışdı. Yazırdılar ki, guya "PAŞA Bank" digər iki bankla birləşir. Kim bilmir, yazır... Bizim belə bir planımız yoxdur", - deyə T. Kazımov qeyd edib.



İdarə Heyətinin sədri əlavə edib ki, konsolidasiya ilə bağlı təklif olarsa, bank bunu nəzərdən keçirməyə hazırdır.


APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri