Türkiyədə stolüstü futbola qoyulmuş qadağa 48 il sonra aradan qaldırılıb

Türkiyədə futbola qoyulmuş qadağa 48 il sonra rəsmi olaraq aradan qaldırılıb. APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Konstitusiya Məhkəməsinin yanvarda qəbul etdiyi müvafiq qərarından sonra Gömrük və Ticarət Nazirliyi stolüstü futbolu qadağan olunmuş idman növlərinin siyahısından çıxarıb.

Məhkəmənin qərarına əsasən, fiziki bacarığa əsaslanan bu oyun vətəndaşların işinə və ya ailəsinə heç bir mənfi təsir etmir, əksinə, insanın beyin sağlamlığını gücləndirir.

Qeyd edək ki, bundan əvvəl stolüstü futbol Türkiyədə mərc oyunu hesab edilib və oyunçular 5 ilədək həbs cəzasına məhkum edilə bilərdilər.

Türkiyədə pinbol və ruletka oyunlarına qadağa hələlik tətbiq edilsə də, Konstitusiya Məhkəməsi bu oyunların da cinayət hesab edilməməsinə dair qərar çıxarıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri