Yaponiya İrana təxminən 10 mln. dollar ayıracaq
- 13.03.2016, 12:58,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Yaponiya İrana tibb texnologiyalarının inkişafı və xəstələrin diaqnostikası keyfiyyətinin yaxşılaşdırılması üçün 1,2 mlrd. iyen (təxminən 10 mln. dollar) ayıracaq.
Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, razılaşma ötən gün Tehranda İranın səhiyyə naziri Mohsen Əsədi Lari və Yaponiyanın Tehrandakı səfiri Xiroyasu Kobayasi arasında imzalanıb.
Tokio bu vəsaiti "İnkişaf üçün Rəsmi Yardım Proqramı" çərçivəsində təqdim edəcək. Onun əsas hissəsi yeni tibbi avadanlığın alınmasına yönəldiləcək, xüsusi ilə də Yaponiya istehsalı olan avadanlığın.
Qeyd edək ki, fevralın əvvəlində Yaponiya və İran investisiya əməkdaşlığı haqqında müqavilə imzalayıblar. Bu yanvarın 22-də Tokionun BMT, ABŞ və Aİ-dan sonra Tehrana qarşı sanksiyaları ləğv etdikdən sonra mümkün olub.