Səmra Rəhimlinin “Eurovision” səhnəsində ifa edəcəyi “Miracle” mahnısı artıq təqdim edilib.
Live.az-ın məlumata görə, mahnı artıq müsabiqənin rəsmi “Youtube” kanalına yüklənib.
Xatırladaq ki, “Eurovision” nümayəndə heyətimiz bu il də ənənəsinə sadiq qalaraq Sandra Bjurman və Amir Aly-nin daxil olduğu isveçli və ukraynalı nümayəndə heyəti ilə əməkdaşlıq ediblər.
Qeyd edək ki, İsveçdə keçiriləcək 61-ci “Eurovision” mahnı müsabiqəsində ölkəmiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.