"Vashington Post": Şimali Koreya Nyu-Yorku yerlə yeksan edə bilər
- 14.03.2016, 10:21,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Şimali Koreya Nyu-Yorku yerlə yeksan edə bilər.
APA-nın xəbərinə görə, bu barədə "Vashington Post" qəzeti məlumat verib.
“Bizim hidrogen bombamız vaxtilə SSRİ-də işlənib hazırlandığından daha güclüdür. Hidrogen bombanı qitələrarası ballistik raketə quraşdıraraq zərbə endirsək Nyu-Yorkun mədəniyyət və ticarət mərkəzi Manhetten yerlə yeksan olacaq, şəhər isə yanıb külə dönəcək”, deyə Şimali Koreya nüvə mütəxəssisi Ço Hyonq İl bəyan edib.
“Lakin ekspertlərin əksəriyyəti hesab edir ki, rəsmi Pxenyan öz nüvə imkanlarını olduqca şişirdir”, qəzet yazır.
Xatırladaq ki, martın 3-də Şimali Koreyanın lideri Kim Çen In ölkəsinin hər an nüvə silahından istifadə edə biləcəyini bəyan edib. Bundan bir gün öncə BMT Təhlükəsizlik Şurası və ABŞ-ın Maliyyə Nazirliyi KXDR-ə qarşı yeni sanksiyalar paketini tətbiq edib. Pentaqon isə, öz növbəsində, Şimali Koreyanın nüvə arsenalını məhv etməyə hazır olduğunu bildirib.