Putin Rusiyanın əsas qüvvələrinin Suriyadan çıxarılmasına əmr etdi
- 15.03.2016, 00:59,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya prezidenti Vladimir Putin martın 15-dən ölkənin əsas qüvvələrinin Suriyadan çıxarılmasına əmr etib. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.
"Hesab edirəm ki, Müdafiə Nazirliyinin qarşısında qoyulan məqsədlər yerinə yetirilib, ona görə də sabahdan bizim hərbi qruplaşmasının əsas hissəsinin Suriya Ərəb Respublikasından çıxarılmasının başlamasına əmr edirəm", deyə ölkə başçısı xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu ilə görüşdə bildirib.
Putin həmçinin umid edir ki, Rusiya qoşunlarının Suriyadan çıxarılması ölkənin siyasi qüvvələrinin danışıqlar prosesi üçün yaxşı stimul olacaq.