Sevdanın Türkiyədən aldığı ilk mahnı

Sevdanın Türkiyədən aldığı ilk mahnı Müğənni Sevda Yahyayeva yeni mahnısını təqdim edib.

"Qafqazinfo"nun məlumatına görə, “Hadi ordan” adlanan mahnının sözləri və bəstəsi Sezgin Kəskinə, aranjimanı isə Soner Kıvança məxsusdur.

Sezgin Kəskin Türkiyənin tanınmış simaları Rafet El Roman, Yeşim Salkım, Burcu Güneş, Ebru Yaşar,Ezo, Pelin Kömürcü ilə çalışıb.

Qeyd edək ki, bu ifaçının Türkiyədən aldığı ilk mahnısıdır. Mahnının aranjimanı Türkiyədə, masteringi isə Amerikada reallaşıb. Yahyayeva yeni mahnısına yaxın zamanlarda klip çəkdirməyi də düşünür.




Şərhlər
Şou-biznes bölməsinin xəbərləri