FES uçot dərəcəsini dəyişməyib, dollar sürətlə ucuzlaşır
- 17.03.2016, 00:06,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Federal Ehtiyatlar Sistemi (FES) ABŞ iqtisadiyyatı ilə bağlı proqnozunu dekabr ayındakı 2,4%-dən 2,2%-dək azaldıb.
Live.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə FES-in rəhbəri Canet Yellen bildirib.
FES-in iclasından sonra keçirdiyi mətbuat konfransında C. Yellen qeyd edib ki, inflyasiya ilə bağlı proqnoz 1,2%-dək endirilib. İşsizliklə bağlı proqnoz 4,7% səviyyəsində saxlanılıb.
Qeyd edək ki, FES-in növbəti iclası aprelin 26-27-də baş tutacaq.
****
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) iki günlük iclasına yekun vurulub.
Live.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, iclasın yekunlarına dair protokolda qeyd edilib ki, FES uçot dərəcəsini dəyişməyərək 0,25-0,50% diapazonunda saxlayıb. ABŞ Mərkəzi Bankı bunu qlobal iqtisadiyyatda mövcud olan risklərlə izah edib.
Qeyd edək ki, bu qərardan sonra dollar sürətlə ucuzlaşmağa başlayıb. Paralel olaraq, neft bahalaşır.
Bakı vaxtı ilə 22:30-da FES-in rəhbəri Canet Yellenin mətbuat konfransı baş tutacaq.