Bakı yay vaxtına keçiddən “Formula-1”-ə görə imtina edib?
- 17.03.2016, 23:36,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Yarışların startı Günəşin batmasına 4 saat qalmış verilməlidir.
Rəsmi Bakı yay vaxtına keçiddən insanların səhhətilə bağlı qayğıya görə yox, Formula-1 və 24 saatlıq Ie-Man yarışlarına görə imtina edib.
Oxu.Az-ın məlumatına görə, Turan agentliyi Beynəlxalq Avtoidman Federasiyasının (FIA) tələblərinin öyrənilməsi zamanı bu nəticəyə gəlib.
Məsələ bundadır ki, FIA Formula-1 yarışlarının keçirilməsi ilə əlaqədar Bakıdan tələb edib ki, yarışların başlanması Le-Man-da (Parisin 200 km. qərbində yerləşir) keçirilən 24 saatlıq avtomarafonun başa çatması ilə üst-üstə düşməsin, həmçinin start Günəşin batmasına 4 saat qalmış verilsin.
İş burasındadır ki, 24 saatlıq mötəbər Le-Man yarışı iyunun 19-da Paris vaxtı ilə saat 15:00-da başa çatır. Bakı yarısı isə 18:00-da start götürür. Vaxt fərqi 3 saatdır. Belə olan halda Fransada finiş və Bakıda start üst-üstə düşə bilərdi. Hər iki ölkə yay-qış vaxtına keçən ölkələr sırasındadır. Bakı yay vaxtına keçiddən imtina etməklə Formula-1 yarışlarına yerli vaxtla saat 18:00-da, Paris vaxtı ilə saat 16:00-da, yəni Le-Manda marafonunun bitməsindən 1 saat əvvəl start vermiş olur. Bununla da FIA-nı şərtlərinə əməl etmiş olur.
Onu da nəzərə almaq lazımdır ki, Bakıda Formula-1 yarışları minimum 5 il nəzərdə tutulub, odur ki, yay vaxtından imtina labüd idi.
Yay vaxtına keçidə gəlincə, bu, gün işığının 1 saat uzanması ilə əlaqədar uzun iş saatlarından sonra dincəlmək baxımından əlverişli idi.