UEFA Avropa Liqasında 1/4 finala çıxan komandalar bəlli olub
- 18.03.2016, 10:36,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
UEFA Avropa Liqasında 1/4 finala çıxan komandalar bəlli olub. APA-nın məlumatına görə, 1/8 fianlın bütün cavab oyunları eyni gündə baş tutub.
Avrokuboklarda Türkiyəni təmsil edən yeganə komanda olan “Fənərbaxça” öz meydanında 1 cavabsız qolla qalib gəldiyi “Braqa”ya Portuqaliyada böyük hesabla yenilib. Oynanılan oyundan daha çox şübhəli hakim qərarları və İstanbul klubuna göstərilən 3 qırmızı vərəqə ilə diqqət mərkəzinə gələn matçı ev sahibləri 4:1 qazanıblar.
Dortmund “Borussiya”sı "Tottenhem" qarşısında evdə olduğu kimi səfərdə də qələbəyə sevinib.
“Liverpul”, “Şaxtyor” və “Vilyareal” da növbəti mərhələya adlayıblar. Doğma meydanda “Mançester Yunayted”in qapısından 2 qol keçirən mersisaydlılar səfərdə əldə olunan 1:1-lik bərabərliyə ən az qələbə qədər seviniblər. “Şaxtyor” isə tək qolla qalib gəlib.
Avropa Liqası
1/8 final mərhələsi, cavab oyunları
17 mart
“Bayer” (Almaniya) – “Vilyareal” (İspaniya) - 0:0
İlk oyun 0:2
“Latsio” (İtaliya) – “Sparta” (Çexiya) - 0:3
Qollar: Dokal, 10, Kreyçi, 12, Yulius, 44
İlk oyun 1:1
“Valensiya” (İspaniya) – “Atletik” (İspaniya) - 2:1
Qollar: Mina, 12, Aderlan, 37 - Aduriz, 76
İlk oyun 0:1
“Anderlext” (Belçika) – “Şaxtyor” (Ukrayna) - 0:1
Qol: Alves da Silva, 90+3
İlk oyun 1:3
“Braqa” (Portuqaliya) – “Fənərbaxça” (Türkiyə) - 4:1
Qollar: Ahmet Hasan, 12, Josue, 69, Stoyilkoviç, 74, Silva 83 - Alper, 45+1
Qırmızı vərəqələr: Mehmet Topal, 67, Alper, 87, Volkan Şen, 90+7
İlk oyun 0:1
“Mançester Yunayted” (İngiltərə) – “Liverpul” (İngiltərə) - 1:1
Qollar: Martial, 31 - Koutinyo, 45
İlk oyun 0:2
“Sevilya” (İspaniya) – “Bazel” (İsveçrə) - 3:0
Qollar: Rami, 35, Qameyro, 44, 45
İlk oyun 0:0
“Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) - 1:2
Qollar: Son, 74 - Obameyanq, 24, 71
İlk oyun 0:3