Ucar sakini toy günü arvadını öldürüb

Ucar sakini toy günü arvadını öldürübUcarda qətl törədilib.



Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.



Rayon sakini, əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Ramil Nəsirov toy günü həyat yoldaşı, 1999-cu il təvəllüdlü Səbinə Rəhimovanı bıçaqlayaraq öldürüb.



Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir.



Hadisəni törədən R. Nəsirov saxlanılıb.



Faktla bağlı Ucar Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri