Azərbaycan və Ermənistan prezidentlərinin bu ayın sonu ABŞ-da görüşü keçirilə bilər

Azərbaycan və Ermənistan prezidentləri Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizlik Sammiti çərçivəsində görüşə bilərlər.



APA-nın məlumatına görə, bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti yazıb.



Qəzetin diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, ATƏT-in Minsk qrupu həmsədrləri, xüsusilə ABŞ hər iki ölkə prezidentinin görüşünün təşkili üçün səylərini əsirgəmir.



Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan martın 31-də Vaşinqtonda başlayacaq Nüvə Təhlükəsizliyi Sammitində iştiraklarını təsdiqləyiblər.
Şərhlər
Siyasət bölməsinin xəbərləri