Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atılıb

Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atılıbAvropa Liqasında 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.



Tədbir İsveçrənin Nyon şəhərində baş tutub.



Bakı vaxtı ilə saat 16:00-da başlayan mərasimdə qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən 8 komanda 4 cütlük təşkil edib.



6 ölkə komandalarının mübarizə aparacağı mərhələdə yalnız İspaniya 3 klubla təmsil olunacaq. Bunlar “Sevilya”, “Atletik” və “Vilyarreal”dı. 1/4 finalda “Braqa” (Portuqaliya), “Sparta” (Çexiya), “Borussiya” (Dortmund, Almaniya), “Şaxtyor” (Ukrayna) və “Liverpul” (İngiltərə) da mübarizə aparacaqlar.



1/8 finalda olduğu kimi, bu mərhələdə də iki İspaniya klubu üz-üzə gələcək. Belə ki, turnirin son qalibi “Sevilya” “Atletik”lə qarşılaşacaq.



Avropa Liqasının favoritləri arasında göstərilən Dortmund “Borussiya”sı ilə “Liverpul” münasibətlərinə aydınlıq gətirəcəklər. Maraqlısı ondadı ki, “Liverpul”un baş məşqçisi Yurgen Klopp uzun müddət “Borussiya”nı çalışdırıb.





1/4 finaldakı cütlüklər:

“Braqa” (Portuqaliya) - “Şaxtyor” (Ukrayna)

“Vilyarreal” (İspaniya) - “Sparta” (Çexiya)

“Atletik” (İspaniya) – “Sevilya” (İspaniya)

“Borussiya” (Dortmund, Almaniya) - “Liverpul” (İngiltərə)



Qeyd edək ki, bu mərhələnin ilk oyunları aprelin 7-də, cavab qarşılaşmaları 14-də baş tutacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri