İstanbulda terror aktı törədən "canlı bomba"nın şəxsiyyəti müəyyənləşdirilib

Martın 19-da İstanbulun İstiqlal prospektində terror aktı törədən canlı bombanın Mehmet Öztürk olduğu təsdiqlənib.

APA-nın Hürriyet qəzetinə istinadən verdiyi məlumata görə, bu, bu gün tamamlanan DNA testi zamanı təsdiqini tapıb.

Qeyd edək ki, Türkiyədə polis və kəşfiyyatı İstanbulda terror aktı törədən canlı bombanın ölkədə axtarışda olan 4 İŞİD terrorçusundan biri olan Savaş Yıldız, yaxud bölgədə kameralarda görüntüsü olan 24 yaşlı Mehmet Öztürk olması ilə bağlı iki ehtimalını araşdırırdı. Mehmet Öztürk də Türkiyəd İŞİD-çi kimi axtarışda olub.

Qeyd edək ki, İstanbulda törədilən terror nəticəsində 5 nəfər ölüb, 19 nəfər yaralanıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri