Bakıda yağış sularının yollarda yaratdığı problemə aydınlıq gətirildi

Hazırda Bakı şəhərində avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkəti normaldır, heç bir problem müşahidə olunmur. Bu barədə Trend-ə “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Bakının Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində yağış sularının nəqliyyat vasitələrinin hərəkətinə çətinlik törətməsinə gəlincə A.Nəcəfli qeyd edib ki, orada yol təsərrüfatında heç bir problem yoxdur:

“Orada yağış barmaqlıqları yerindədir, içi təmizdir, sadəcə olaraq yağış suları həddən artıq çox gəldiyi üçün su-kanalizasiya sistemi suyu tam çatdırıb ötürə bilmir”.

A.Nəcəfli bildirib ki, həm “Azərsu” ASC-nin, həm də “Azəravtoyol” ASC-nin nümayəndələri onun üzərində çalışırlar ki, həmin istiqamətdə yağış yağan zaman problem yaranmasın: “Yəni birgə işlər aparılır ki, orada olan problem köklü şəkildə aradan qalxsın”.

A.Nəcəfli əlavə edib ki, hazırda həmin istiqamətdə avtomobillərin hərəkətində problem yoxdur.
Şərhlər
Sosial bölməsinin xəbərləri