Parisdə Təhlükəsizlik Şurasının təcili iclası keçirilir

Bu dəqiqələrdə Parisdə Təhlükəsizlik Şurasının təcili iclası keçirilir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, Fransa Prezidenti Fransua Olland Baş nazir, daxili işlər, müdafiə və xarici işlər nazirlərini Brüsseldə baş vermiş partlayışlardan sonra vəziyyəti qiymətləndirmək üçün Yelisey sarayına toplayıb.

Bu arada, Paris aeroportlarında nəzarət tədbirləri gücləndirilib.

Qeyd edək ki, bu gün Brüssel aeroportu və metrosunda baş vermiş partlayışlar nəticəsində 23 nəfər həlak olub, 35 nəfər xəsarət alıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri